Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Pokemon Go” oyunu çox böyük vaxtın israfı deməkdir…

Abdüləziz Bayındır da “Pokemon Go”ya münasibət bildirdi…

İlahiyyatçı, prof.Abdüləziz Bayındır “Pokemon Go” adlı oyunun məscidlərdə yayııması ilə bağlı “Məscidin içinə girmiş, orada Pokemon tapan insanın əməli yaxşı qarşılana bilməz. Amma ən pisi vaxtın, zamanın sərf edilməsidir. Bu cür şeylərə icazə verməmək lazımdır” deyib.

“Din.az” xəbər verir ki, “Pokemon Go” məscidlərə də yayılması diqqət çəkib.

İlahiyyatçı, prof.Agdüləziz Bayındır məscidlərin Allaha ibadət üçün yaradılmış yerlər olduğunu, buralarda bir qism ictimai fəaliyyətlərin edilə biləcəyini bildirib.

Bayındır, “Amma bu hadisə, insanların vaxtlarını israf etmələri kimi görünür. Bir insanın ən vacib dəyəri onun zamanıdır. Hər şeyi yenidən təkrar tapa bilərsiniz, amma itirilən zamanı əsla tapa bilmərsiniz. Bu səbəbdən dolayı “Pokemon Go” çox böyük vaxtın israfı deməkdir” deyə qeyd edib.

“Vaxtın israfı…”

“Bu, insanların həyatlarını boş-boş keçirməsi mənasına gəlir” deyən Bayındır, “Hadisələrə əsasən bu yöndən baxmaq lazımdır. Yoxsa məscidin içərisinə girən, orada pokemon tapan şəxsin bu hərəkəti xoş qarşılana bilməz. Amma ən pisi insan vaxtının israf edilməsidir. Bu cür seylərə icazə verməmək lazımdır” şəklində fikirlərini ifadə edib.

Digər tərəfdən, pokemon oyunu Türkiyə Böyük Millət Məclisinə də yansıyıb. Məclisdə müxalifət millət vəkillərinin istirahət etdiyi kulisin bağçasında pokemon tapılıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...