Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Pokemon Go” virtual oyunu İslam dininə sataşır

Oyun İslam dininə qarşı Qərb dünyasının bir ssenarisidir…

Türkiyədə küçələrdə oynanılan virtual oyun “Pokemon Go” məscidlərə də yayılmağa başlayıb. Pokemon ovçularının məscidlərdə pokemon ovuna çıxması sosial şəbəkələrdə də əks olunub.

“Din.az” xəbər verir ki, bəzi istifadəçilər “kənardan baxdıqda “Pokemon Go” gənclərimizi məscid və namaza təşviq edir”. Tvit atarkən bəziləri isə “mənim evimin qarşısında tarixi bir məscid var, hər 5 dəqiqədən bir 3 ədəd “Pokemon Go” topu verir, nəticədə evin dəyəri artdı” deyə zarafat edib.

Küçələrdə yayılan virtual oyunun məscidlərdə də tətbiqinə Diyanet-Sanın sədri Mehmet Bayraktutar da sərt reaksiya göstərib.

Bayraktutar, “Bu, İslam dininin ən gözəl ibadət evi olan məscidləri ciddiyə almamaqdır. İnsanların ibadət yeri olan məscidlərin əhəmiyyət və vacibliyini alçaltmaqdır”, – deyə bildirib.

Məscidlərin bu şəkildə ticarət üçün oyun evi olaraq göstərilməsini İslam dininə qarşı Qərb dünyasının bir ssenarisi olaraq qəbul etdiyini qeyd edən Bayraktutar, “bunu qınayıram. Türkiyədə də qadağan olunmasını istəyirəm” deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...