Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Polis Katolik kilsəsinə basqın edib

Kilsələrdə cinsi istismar halları baş verir.

Cənubi Amerika dövləti olan Çilidə hökumət qüvvələri Katolik kilsəsinin tabeliyində olan yepiskop mərkəzlərinə hücumlar təşkil ediblər.

Din.az xəbər verir ki, basqınlara səbəb yepiskop mərkəzlərində azyaşlı uşaqların cinsi istismara məruz qalmaları olub. Belə bir basqın ötən ay paytaxt Santiyeqoda Katolik Yepiskoplar Mərkəzinə də təşkil olunub. Santiyeqo arxiyepiskopu Kardinal Rikardo Ezzati istintaq çərçivəsində ifadə verməyə çağırılıb. Bundan başqa cinsi istismar iddiaları çərçivəsində 158 kilsə əməkdaşına qarşı cinayət işi başlanılıb.

Hazırlanan hesabatda 178-i uşaq olmaqla, ümumilikdə  266 nəfərin cinsi istismara məruz qaldığı açıqlanıb.

Qeyd edək ki,  Birləşmiş Millətlər Təşkilatı  Katolik Kilsəsində yayılan cinsi istismar halları ilə bağlı 2014-cü ildə hesabat dərc edib.

Hesabatda Vatikan, tabeliyində olan kilsələrdə cinsi istismar hallarının baş verməsinə göz yummaqda günahlandırılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...