Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Polis məsciddə qeyd tapdı: Zelandiya teraktı…

Yeni Zelandiyada məsciddə baş verən teraktla əlaqəli qeyd tapılıb.

Kaliforniya əyalətindəki məscidlərdən birində törədilmiş yanğının Yeni Zelandiyadakı məscid teraktı ilə əlaqəsi ola bilər.

Din.az xəbər verir ki, bu sözləri kaliforniyalı polis kapitanı Kris Lik deyib. O, yanğın baş verən məscidin avtoparkında Yeni Zelandiyanın Kraystçerç şəhərində baş verən teraktla əlaqəli qeyd tapıldığını bildirib.

Polis qeyddə nə yazıldığını açıqlamayıb.

Qeyd edək ki, Kaliforniya əyalətinin San Dieqo şəhərindəki məscidlərdən birində yanğın baş verib. Yanğın zamanı xəsarət alan olmasa da, hadisə anında məsciddə 7 nəfər olub. Yanğının qəsdən törədilə biləcəyini deyən Kaliforniya polisi hələlik heç kimdən şübhələnmədiklərini açıqlayıb. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...