Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Polis tarixi İncil kitabını satmaq istəyən adamı belə yaxaladı

Adana şəhərində çox dəyərli tarixi İncil və başqa tarixi əsərləri satanlar ələ keçirildi.

Türkiyənin Adana şəhərində 2 şəxs çox dəyərli tarixi İncil kitabı və başqa tarixi əsərləri polisə satarkən yaxalanıb.

Din.az Türkiyə mediasına istinadla bildirir ki, Polis Bölməsinə şəhər mərkəzində Vecdi F. və Şərəf A. adlı şəxslərin tarixi əsərləri satmağa çalışdığı məlumatı çatıb.
Daha sonra polis alıcı qismində həmin şəxslərlə əlaqə yaradaraq tarixi əsərləri almaq istədiyini bildirib. Polislər verilən ünvana gedərək tarixi əsərləri almaq istəyərkən şübhəlilər onların polis olduğunu anlayaraq qaçmağa çalışıblar. Amma polis tərəfindən yaxalanan adamlar həbs olunub.

Şübhəlilərin qaçarkən atdığı çantanın içindən axtarışlar zamanı iki bahalı İncil, qədim əskinazlar və möhür ələ keçirilib. Tarixi əsərlər müzey müdirliyinə təslim edilib. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...