Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Polislər mollanın yanına məsləhətə yığışdı… – GÖZLƏNİLMƏZ

Polislər regionun tanınmış din xadimindən məsləhətlər aldılar.

Din xadimi asayiş keşikçilərini sadə, yoxsul vətəndaşların ehtiyac və problemlərinə həssaslıqla yanaşmağa çağırıb…

Din.az bildirir ki, Həştərxan vilayətinin Nərimanov rayon Polis Şöbəsinin əməkdaşları Voljskoye kənd məscidinin imam-xətibi Fərhad-Həzrət Kenjəliyevlə görüşərək regionun tanınmış din xadimindən bəzi məsləhətlər alıblar.

Polislərlə mollanın bu dəfəki görüşünün əsas mövzusu “İntihar- ruhi-mənəvi xəstəlikdir” olub. Yığıncaqda imam F.Kenjəliyev qeyd edib ki, İslam hər kəsə, o cümlədən insanın özü-özünə qarşı hər cür zorakılığa qəti qadağa qoyur.

Din xadimi dinimizin insan həyatına verdiyi dəyərdən geniş danışıb.
İmam, həmçinin, asayiş keşikçilərinə öz vəzifə borclarını layiqincə yerinə yetirməyin xüsusi vacibliyini xatırladaraq vətəndaşlarla qarşılıqlı münasibətlərdə diqqətli olmağı tövsiyə edib, polisləri xüsusən sadə, yoxsul insanlara, onların ehtiyac və problemlərinə həssaslıqla yanaşmağa çağırıb.

Görüşün sonunda məscid imamı polislərə gündəlik xidmət və şəxsi həyatlarında uğurlar diləyib. / İslaminSesi.info

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...