Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Politoloq: İslamofobiya dünyanı fəlakətə sürükləyir

Tofiq Abbasov: “Sağlam İslamın qayəsi sülh və dialoq aparmaqdır”.

Politoloq Tofiq Abbasov deyir ki, islamofobiyanın genişlənməsi narahatlıq doğurur.

Mart ayının əvvəllərində Almaniyanın Berlin və Lauffen-am-Nekkar şəhərlərində yerləşən türk məscidlərinə hücumlar olunub.

Din.az xəbər verir ki, politoloq Tofiq Abbasovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, islamofobiyanın dünyada genişlənməsi narahatlıq doğuran haldır:
“Artıq neçə illərdir bu cərəyan müxtəlif güc mərkəzlərindən qidalanır. Müxtəlif yerlərdə İslamı terror ideologiyasına bərabər edirlər. Bu həqiqətə uyğun deyil və cinayətkarlıqdır. Sağlam İslamın qayəsi sülh, bərabərlik, barışıq və dialoq aparmaqdır. İslamofobiya sonda bütün dünyanı fəlakətə sürükləyə bilər”.

Qeyd edək ki, Türkiyə Almaniyanı türk məscidlərinə hücumların qarşısını almaq üçün addımlar atmağa çağırıb.

Ekspertin geniş şərhinə audiofayılda qulaq asa bilərsiniz.

 

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...