Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Polşada müsəlmanlara qarşı terror hücumu hazırlamaqda şübhəli bilinənlər saxlanılıb

Avropada müsəlmanlara təzyiqlər göstərilir.

Polşa Daxili Təhlükəsizlik Agentliyinin (ABW) əməkdaşları partlayıcılardan istifadə etməklə terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb.

Din.az xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.

Məlumata görə, saxlanılanlar Polşada yaşayan müsəlmanlara qarşı silah və partlayıcı maddələrdən istifadə edərək hücum hazırlamaq niyyətində olub. Axtarışlar zamanı çox sayda partlayıcı maddə, silah və sursat ələ keçirilib. Agentlər həmçinin səkkiz flakon zəhərli kimyəvi maddə və partlayıcı maddələrin hazırlanmasına dair 170 material ələ keçirib.

Qeyd olunur ki, saxlanılanlar daha əvvəl Polşa parlamentinə planlaşdırılan hücumun istintaqı çərçivəsində xüsusi xidmət orqanlarının diqqət mərkəzinə düşmüşdü. / Report

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...