Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Pompeo: İsrail-Fələstin konfliktinin həlli üçün…

“Ümid edirik ki, tərəflər danışıqlar masası arxasına əyləşəcəklər”.

İsrail və Fələstinin konfliktin yekun həlli üçün ciddi danışıqlara başlayacağını ümid edirik.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo CSN radiosuna müsahibəsində deyib.

“Ümid edirik ki, tərəflər danışıqlar masası arxasına əyləşəcəklər. Tərəflər çətin məsələləri həll etməyə hazır olacaq liderlərə sahib olmalıdırlar. Onlar danışıqlar seriyası çərçivəsində qarşılıqlı fəaliyyətə hazır olmalıdırlar. Ağır həqiqət odur ki, konfliktin hüquqi həlli yoxdur. Beynəlxalq hüquqa əsasən, kimin haqlı, kimin günahkar olmasıyla bağlı arqumentlər sülh gətirmir. Bu, çətin siyasi problemdir”, – deyə o bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...