Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Pompeodan Məsud Özilə müsəlmanlarla bağlı dəstək

Mayk Pompeo: “Həqiqət üstün gəlir!”

ABŞ Dövlət katibi Mayk Pompeo uyğur türkləri ilə bağlı sosial şəbəkə hesabında paylaşımlar edən türk əsilli futbolçu Məsud Özilə dəstəyini ifadə edib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, Pompeo Tvitter səhifəsində M.Özilin Çinə yönələn sərt tənqidini haqlı saydığını bəyan edib.

“Çin Kommunist Partiyasının təbliğat ünsürləri Məsud Özilə və “Arsenal”a sezon boyunca senzura tətbiq edə bilər, lakin həqiqət üstün gələcək. ÇKP uyğurlara və digər milli azlıqlara yönəlik təzyiqlərini gizlədə bilməz”, – deyə Pompeo bildirib.

Qeyd edək ki, M.Özil sosial şəbəkə hesabında rəsmi Pekinin Çinin Sintszyan-Uyğur muxtar vilayətində uyğur türklərinə təzyiq göstərməsinə diqqət çəkmişdi.

Sözügedən paylaşımda Sintszyan-Uyğur muxtar vilayəti adlandırılan Şərqi Türküstanda insanlara zülm edilməsi, Quranın yandırılması, məscidlərin bağlanması, uyğur din adamlarının qətlə yetirilməsi, ümumilikdə Çinin uyğur türklərini assimilyasiya etməyə çalışması qeyd edilib. Bundan sonra şəbəkələrdə türk əsilli alman futbolçunun səhifələri qapadılıb, internet axtarış xidmətlərinə Özil ilə bağlı sorğuları cavablandırmaq qadağan edilib, futbolçunun fan-klubunun fəaliyyəti də bloklanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...