Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Pravoslavlıq parçalanır, Moskvanın 400 illik liderliyi bitir

Bu qərar pravoslavlıqda parçalanmaya səbəb olacaq.

Konstantinopol Pravoslav Kilsəsinin Müqəddəs Sinodu Ukrayna Pravoslav Kilsəsinə müstəqilliyin verilməsi məsələsini müvəqqəti təxirə salıb.

Din.az xəbər verir ki, sinod Ukrayna Pravoslav Kilsəsinə müstəqilliyin verilməsi prosesinə bağlı olduğunu və bu prosesin dolayısı yolla başladığını təsdiqləyib. Üstəlik, sinod Ukrayna Pravoslav Kilsəsinin Kiyev Patriarxlığı və Ukrayna Avtokefal Pravoslav Kilsəsi üzərindən anafemanın (Allahın adından icra edilən kilsə lənəti, cəza növü; xristianlıqdan çıxarma, mürtəd elan etmə, lənət oxuma – red.) götürülməsi haqqında qərar qəbul edib. Digər tərəfdən sinod Moskva Patriarxlığının Kiyevə mitropolit təyin etməsi haqqında 1686-cı ildə qəbul edilən qərarını da ləğv edib.

Rus Pravoslav Kilsəsi qəbul edilən qərarla bağlı sərt açıqlama verib:

“Bu qərar pravoslavlıqda parçalanmaya səbəb olacaq. Konstantinopol öz fəaliyyətləri ilə qırmızı xətti keçir və dünya pravoslavlığının vahidliyini pozur. Buna qarşı cavabımız qəti və sərt olacaq. Cavab yaranan situasiyaya adekvat olacaq”.

Ukrayna Pravoslav Kilsəsinin rəhbəri Filaret isə anafema haqqında qərarı alqışlayıb. O, bunun Ukraynada vahid kilsə yaratmağa yardım edəcəyini bəyan edib.

Ukrayna Prezidenti Pyotr Poroşenko baş verənləri Rusiyaya böyük zərbə adlandırıb:

“Ukrayna üçün avtokefaliyanın (müstəqillik) alınması müstəqillik və milli təhlükəsizlik məsələsidir. Bu, bütün dünya geosiyasətinin məsələsidir. Bu, Moskvanın dünya hökmranlığına iddia etdiyi Üçüncü Roma konsepsiyasının yox olması deməkdir”.

Qeyd edək ki, bununla bağlı ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker də münasibət bildirmişdi. Volker demişdi ki, Ukrayna Pravoslav Kilsəsinin Rusiya Pravoslav Kilsəsindən ayrılması Vladimir Putinin Ukraynanı itirməsi demək olacaq. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...