Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Prezident dini icma sədrinə fərdi təqaüdü təyin etdi

M.Yevdayevə Azərbaycanın ictimai həyatında fəal iştirakına görə təqaüd verilib.

Prezident İlham Əliyev Milix İlxananoviç Yevdayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, M.Yevdayevə Azərbaycanın ictimai həyatında fəal iştirakına görə təqaüd verilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, M.Yevdayev Bakı Dağ Yəhudiləri Dini İcmasının sədridir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...