Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Prezident ən yaxşı Quran oxuyana bahalı avtomobil bağışladı

Qurani-Kərim oxumaq üzrə açıq müsabiqə keçirildi.

Özbəkistan dövlət başçısı respublikanın ən yaxşı Quran oxuyan vətəndaşına avtomobil hədiyyə edib.

Din.az bildirir ki, ölkədə keçirilən Quran müsabiqəsinin əsas mükafatına Qoraqalpaqistan (ölkənin şimal-qərbindəki) sakini Yuldaşbek Nuriddinov layiq görülüb. Bu haqda mediaya Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin mətbuat xidməti məlumat verib. Müsabiqənin qalibinə respublika Prezidenti adından “Chevrolet –Lacetti” avtomobili hədiyyə edilib. Eyni zamanda “Quranın ən gözəl oxunması” və “müsabiqənin ən gənc iştirakçısı” nominasiyaları üzrə qaliblərə də mükafatlar verilib”, – deyə məlumatda bildirilir. Qeyd edək ki, son məlumatlara görə, hazırda Daşkənddə təzə “Chevrolet-Lasetti” avtomobilinin qiyməti 13-15 min dollardır.

Qurani-Kərim oxumaq üzrə açıq müsabiqə 2018-ci ilin əvvəlində Prezident Şövkət Mirzəyevin təşəbbüsü ilə başlanıb və iki kateqoriya üzrə keçirilir: Quranın üzündən gözəl oxunması və əzbər oxunması. Müsabiqədə iştirak üçün 5366 nəfər, o cümlədən 2 mindən çox qadın qeydə alınıb.

Müsabiqə üç mərhələdə keçirilib: rayon (şəhər), regional və final- respublika mərhələləri. Qadınlar arasında müsabiqə hələ bitməyib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...