Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Prezident İlham Əliyev: “Bu faciənin heç vaxt təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır”

İ.Əliyev: “Bu günü Azərbaycan xalqı həmişə yadda saxlayacaq və heç vaxt unutmayacaq”.

“Bu gün Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biridir, azərbaycanlıların soyqırımı günüdür. Bu günü Azərbaycan xalqı həmişə yadda saxlayacaq və heç vaxt unutmayacaq”.

Din.az APA-ya istinadən xəbər verir ki, bunu fevralın 26-da Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib.

“Ermənistan 26 il əvvəl azərbaycanlılara qarşı soyqırımı törədib. Bunun nəticəsində 613 dinc sakin öldürülüb, onlardan 106-sı qadın, 63-ü uşaqdır. 1200-dən çox dinc sakin əsir düşüb və işgəncələrə məruz qalıb, 500-ə qədər insan əlil olub, 150 dinc sakin barədə isə heç bir məlumat yoxdur. Onlar itkin düşmüş sayılırlar, amma onların öldürüldüyü ehtimalı daha çoxdur. Həmin müdhiş gün, həmin qanlı faciə barədə çox sayda video, foto materiallar, möcüzə nəticəsində sağ qalmış insanların şahidliyi var. Bu, erməni faşizminin təzahürü idi. Bu, vəhşiliyin təzahürü idi”, deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev deyib ki, bu gün bütün dünyada “Xocalıya ədalət!” kampaniyası genişlənir: “Bu günlər dünyanın bir çox ölkələrində matəm tədbirləri keçirilir. Bu günlər Azərbaycanın diaspor təşkilatları, ictimaiyyət “dəyirmi masa”lar, təqdimatlar, sərgilər keçirir. Bütün foto və video sənədlər bu böyük faciə haqqında şahidlik edir. Biz bunu xatırlayırıq. Bunu heç vaxt unutmayacağıq. Bu faciənin heç vaxt təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır. Siz mənim bu matəm gününü hansı hisslərlə qarşıladığımı soruşdunuz – hər bir azərbaycanlının keçirdiyi hisslərlə, günahsız öldürülənlərə görə dərd, kədər, qurbanlara görə ağrı hissi, eyni zamanda, ölkəmizi möhkəmləndirmək qətiyyəti ilə. Azərbaycan xalqının gələcəkdə heç vaxt belə faciə ilə üzləşməməsi üçün ölkəmizin iqtisadi, hərbi potensialını möhkəmləndirməliyik”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...