Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Prezident İLHAM ƏLİYEV Həsən Ruhaniyə başsağlığı verib

İranda təyyarə qəzası baş verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə təyyarə qəzasında çoxsaylı insan tələfatının olması ilə əlaqədar başsağlığı verib.

Din.az xəbər verir ki, başsağlığında deyilir:

Ölkənizdə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...