Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Prezident İLHAM ƏLİYEV İslam İnqilabının Qələbəsi Günü münasibətilə İran prezidentini TƏBRİK EDİB

“Qarşılıqlı səylərimizlə əməkdaşlığımızın müvəffəqiyyətlə davam etməsinə töhfələr verəcəyik.” İ.Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə ölkəsinin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə təbrik ünvanlayıb.

Din.az ın APA-ya istinad etdiyi xəbərə görə, təbrikdə deyilir: “Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsini özündə bariz şəkildə əks etdirir. İnanıram ki, qarşılıqlı səylərimizlə bundan sonra da həm ikitərəfli qaydada, həm də regional layihələr çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etməsinə töhfələr verəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim sülh və rifah arzulayıram”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...