Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

PREZİDENT İLHAM ƏLİYEV MAHMUD ABBASA MƏKTUB GÖNDƏRİB

İ.Əliyev: “Azərbaycan-Fələstin əlaqələrinin genişlənməsi və möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir”.

Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib.
Din.az Report.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Fələstin Dövlətinin Elan Edilməsi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Fələstin əlaqələrinin genişlənməsi və möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və tərəqqi arzulayıram”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...