Prezident İLHAM ƏLİYEV Müqəddəs Taxt-Tacın nümayəndə heyətini qəbul edib

Arxiyepiskop Paul Riçard Gallagherin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Gallagherin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Din.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.