Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Prezident İlham Əliyev Qüds üçün fövqəladə iclasa çağırıldı – VİDEO

“Fələstin xalqına dəstək” mitinqi keçiriləcək.

İstanbulda Qüds başlığı altında iki əhəmiyyətli görüş keçiriləcək.

Din.az xəbər verir ki, bu görüşlərdən biri İslam İşbirliyi Təşkilatının fövqəladə iclası, digəri isə Yenikapıdakı mitinqdir.

Türkiyədə ilk olaraq “Fələstin xalqına dəstək” mitinqi keçiriləcək. Sonra İslam İşbirliyi Təşkilatı Qüdslə bağlı toplaşacaq. Amerikanın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsiylə bağlı bir çox mesajlar veriləcək. Çoxlu sayda səlahiyyətli şəxslərin dəstək verdiyi mitinqə Fələstin lideri Mahmud Abbas da qatılacaq.

Ərdoğanın çağırışı ilə keçiriləcək İslam İşbirliyi Təşkilatının fövqəladə iclasına İordaniya kralı II Abdullah, İran lideri Həsən Ruhani, Azərbaycan prezidenti İlham Əliyevin də iştirak edəcəyi gözlənilir.

Təşkilatın üzvlərindən olan Səudiyyə Ərəbistanı və Misiri yenə nazirlər təmsil edəcək. Təşkilatın bəzi üzvlərinin də iclasa nümayəndələrini göndərəcəkləri bildirilir.

Türkiyə mediasında yayımlanan videoxəbəri sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...