Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Prezident müsəlman xanımı baş nazir olmağa qoymadı – FOTO

Rumıniyada keçirilən parlament seçkilərindən təxminən iki həftə sonra ölkədə yeni siyasi böhran yaşanır. Rumıniya prezidenti Klaus İohannis ölkənin baş naziri vəzifəsinə irəli sürülən Regional İnkişaf və Dövlət İdarəçiliyi Nazirliyinin dövlət katibi Sevil Şaydexin namizədliyini rədd edib. “Din.az” “azvision.az”a istinadən xəbər verir ki, prezident Buxarestdə verdiyi bəyanatda bildirib: “Təklifə diqqətlə baxdım və qəbul etməmək qərarına gəldim”. […]

Rumıniyada keçirilən parlament seçkilərindən təxminən iki həftə sonra ölkədə yeni siyasi böhran yaşanır.

Rumıniya prezidenti Klaus İohannis ölkənin baş naziri vəzifəsinə irəli sürülən Regional İnkişaf və Dövlət İdarəçiliyi Nazirliyinin dövlət katibi Sevil Şaydexin namizədliyini rədd edib.

“Din.az” “azvision.az”a istinadən xəbər verir ki, prezident Buxarestdə verdiyi bəyanatda bildirib: “Təklifə diqqətlə baxdım və qəbul etməmək qərarına gəldim”.

İohannis Sosial Demokrat Partiyası (SDP), Liberallar və Demokratlar Alyansının (LDA) daxil olduğu parlament çoxluğu koalisiyasına müraciət edərək baş nazir üçün yeni namizəd təklif etmələrini istəyib.

Qeyd edək ki, 52 yaşlı tatar mənşəli, müsəlman S.Şaydex 2015-ci ildə SDP-nin hazırkı lideri Liviu Draqnya seçkilərdə yol verilən fırıldaqçılıq ittihamı ilə məhkəmənin hökmünə əsasən istefa verdikdən sonra 6 ay müddətinə nazirliyə rəhbərlik edib. O, Rumıniyada 1989-cu ildən bəri “Quran”a əl basaraq and içən ilk müsəlman nazir olub.

201romania-government

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...