Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Prezident niyə bu institutu yaratdı? – İLAHİYYATÇI RƏYİ

“Artıq bizim ölkəmizə din sahəsində heç bir xarici dairə mənfi fikirlər aşılaya bilməyəcək”.

Prezident İlham Əliyev çox gözəl bir təşəbbüs göstərərək Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam verdi. Azərbaycan xalqı müxtəlif təzyiqlərə və təhdidlərə baxmayaraq, milli-mənəvi və dini dəyərlərini qoruyub, qoruyur və bundan sonra da qoruyacaq. Prezidentimizin atdığı bu gözəl addım bir daha onu təsdiqlədi ki, o, Ulu öndər Heydər Əliyevin miras qoyduğu gözəl bir yolu davam etdirərək milli-mənəvi və dini dəyərlərin bütün sahələrini öyrənmək üçün növbəti imkan yaratdı.

Din.az xəbər verir ki, bunu ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əkrəm Həsənov bildirib.

O deyib: “Artıq bizim ölkəmizə din sahəsində heç bir xarici dairə mənfi fikirlər aşılaya bilməyəcək. Düşünürəm ki, yeni yaradılan institutda ölkəmizin adət-ənənələri, milli-mənəvi dəyərləri, müxtəlif dinlər haqqında informasiyalar və islam dininin elmi şəkildə bütün dərinlikləri gənclərimizə öyrədiləcək. Əminəm ki, həmin institutu bitirən savadlı gənclər gələcəkdə ölkəmizdə din sahəsində yüksək ixtisaslı kadrlar olacaqlar. Bu institut Azərbaycan cəmiyyətinin mənəvi cəhətdən saflaşmasında mühüm rol oynayacaq. Fikrimcə, İlahiyyat İnstitutunda müxtəlif dinlər və islam dini ilə yanaşı, dinlər tarixi, islam tarixi, Azərbaycan tarixi, bir çox xarici dillər, fəlsəfə, fəlsəfə tarixi, kəlam, hədis, fiqh, dünyəvi elmlər, dövlətçilik, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan bütün vacib elmlər tədris olunacaq. Bu, gələcəkdə Azərbaycan tarixinə çox böyük faydalar verəcək. Həqiqət budur ki, məhz İlham Əliyevin bu möhtəşəm addımı Azərbaycan tarixində gələcək nəsillər üçün böyük hərflərlə yazılacaq. Mən inanıram ki, həmin institutu bitirən gənclər gələcəkdə dünya arxivlərində Azərbaycan həqiqətlərini üzə çıxararaq dünyaya təqdim edəcəklər. Biz, Azərbaycan alimləri Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk”. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...