Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

PREZİDENTİN EV VERDİYİ JURNALİST NAMAZ QILANLARI NƏ ÜÇÜN TƏHQİR EDIR? – İNANCLILARI ŞİZOFREN ADLANDIRIR?

Jurnalist namaz qılanları nə üçün təhqir edir?

Din ilahi inamdır, hansı ki, o inam konkret şəxsin təlqini, yaxud təzyiqi ilə ortaya çıxmır.

Qəlbin və sevginin məhsuludur. Dünyada milyardlarla insan bu inama uyğun həyatını qurub, pisliklərdən, yamanlıq etməkdən, qul haqqı yeməkdən uzaq durub, xəbisliyi, yaltaqlığı və insanları təhqiri özünə rəva bilməyib.

Ən əsası xöş görüləri ilə düşüncə fərqliliyini qəbul ediblər, hörmətlə cavab veriblər, amma heç bir halda günün dəbi olan Azərbaycansayağı romantik ateizmə yuvarlanaraq milyardlarla insanın inamlarını təhqir etməyiblər. Yazıqlar ki, bu, bizim Bakımızda yaşayan ateist, jurnalist Vüsal Məmmədov üçün keçərli qayda deyil. Söhbət qaydalardan düşmüşkən, qaydayla oynamaq da mədəniyyət tələb edir. Zaman-zaman inancı insanların hisslərin təhqir edən sözügedən şəxs bu dəfə bütün qırmızı xəttləri tapdalayıb.

Amma eyni zamanda cənab baş redaktor bumeranq effekti ilə qarşılaşıb.

Buyurun, inanclı şəxsləri zoomorfik canlılarla xəyali ünsiyyətə girən hallüsinasiyalı – şizofren adlandırır:

Tanınmış jurnalist Rəhim Əliyevin iradlarında əslində Məmmədovun öz gözündəki tiri görməməsi aydınca ortaya çıxır:

Maraqlı daha bir məqam tanınmış ilahiyyatçı Elşad Mirinin münasibətində ortaya çıxır:

Prezidentin ev verdiyi bu şəxs Məkkədə namaz qılan prezidenti nə üçün təhqir edir?

Namaz qılanları şizaofren adlandırana nə demək olar?

Jurnalist kimi istedadlı, kəsərli qələmi olan əziz Vüsal Məmmədov nə yazıq ki, orta məktəb düşüncəsinə uyğun gələn romantizmdən əl çəkmir, cığallıq edir.

Allah hidayət versin, qalan şeylər düzələndi.

Din.az A24.az-a istinad edir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...