Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Prezidentin hicablı qadınlar haqda qalmaqallı açıqlaması

“Mini ətək geyən qadınlar “canlı bomba” olmur…”

Qırğızıstan prezidenti Almazbek Atambayev hicablı qadınlar barəsində qalmaqallı açıqlamalar verib.

“Din.az” “musavat.com”a istinadən xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə islami geyim olan çarşaf küçələrdə asılan afişalarda tənqid olunmuş, milli qırğız geyimləri ilə müqayisə edilmişdi.

Mövzu ilə əlaqədar açıqlama verən Qırğızıstan preizdenti “Mini ətək geyinən qadınlar “canlı bomba” olmur” deyib.

Atambayev afişalar asıldıqdan sonra mini ətək geyinən qadınların hədəfə alındığını bildirərək onları, müdafiə edib: “Bizim qadınlarımız 1950-ci ildən bəri mini ətək geyinir və heç vaxt “canlı bomba” olmayıblar. Geyimlər insanın fikrini dəyişdirə bilər. Qırğızıstanı bəyənmirsizsə, istədiyiniz yerə gedə bilərsiniz. Yol pulunuzu verərik, Suriyaya belə gedin”.

Məlumata görə, Qırğızıstandan Suriya və İraqa 350 nəfər cihadçının getdiyi təxmin edilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...