Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Problemlərin əsas səbəbi İsrailin varlığıdır – Atalay

“İnsanları sülhə həsrət buraxan yeganə təməl problem…”

İsrailin mübahisəli milli dövlət qanunu bölgədəki problemləri xronikiləşdirəcək. Bu qanuna bütün dünya reaksiya göstərməlidir.

Din.az xəbər verir ki, bu sözləri AKP millət vəkili Orxan Atalay deyib.

“Əslində milli dövlət 20-ci əsrin dəbidir. Bu anlayış uzun müddət sınaqdan keçirildikdən sonra digərini təcrid edən, ya da assimilyasiyaya uğradan, yox sayan, varlığını qəbul etməyən strukturuna görə heç bir zaman sülhə, birlikdə yaşamağa, demokratiyaya, azadlığa qapı açmadı. İsrailin qəbul etdiyi bu qərarı qınamaq lazımdır. Çünki bu yüzillikdə nə yazıq ki, xüsusən 1947-48-ci illərdən bu yana İsrail dövlətinin yaranması ilə Yaxın Şərq ciddi mənada sülhə həsrət qalmışdır. Yaxın Şərqdəki sülhü dinamitləyən, barışı ortadan qaldıran, insanları sülhə həsrət buraxan yeganə təməl problem, problemlərin əsas səbəbi İsrail dövlətinin varlığıdır”, – Atalay bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...