Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Prof. Dr. İsrafil Balcı ilahiyyatçı Elşad Mirinin “İslamda yoxdur” kitabı haqqında…

“Əsər İslam inancının doğru aydın olmasında böyük rola malik araşdırmadır”.

Din.az xəbər verir ki, Türkiyənin Ondokuz Mayıs Universiteti İlahiyyat Fakültəsinin İslam Tarixi və İncəsənəti Şöbəsinin rəhbəri İsrafil Balcı ilahiyyatçı Elşad Mirinin “İslamda yoxdur” kitabı haqqında fikirlərini bildirib. İsrafil Balcının həmin fikirlərini sizə təqdim edirik:

“Yazıçı Elşad Miri “İslamda yoxdur” adlı əsərində toxunduğu mövzularla son dərəcə elmi, obyektiv və eyni zamanda özünəməxsus əsər ərsəyə gətirib.

İllərdən bəri vəhy və siyərlə bağlı araşdırma aparan, əsər yazan akademik kimi belə bir kitabı oxuyucuya çatdırdığına görə yazıçı Elşad Miriyə səmimi minnətdarlığımı bildirirəm.

Bu əsər dində olmayıb dinə sonradan daxil edilən, bu səbəbdən İslama məqsədli şəkildə hücum edənlərin tənqidlərinin mövzusu olan iddialarının əsassızlığını bütün dəlilləriylə üzə çıxarır.

Dinlə əlaqəsi olan və ya kitabda qeyd edilən mövzular haqqında tərəddüdü olan, yaxud maraq göstərənlər üçün ciddi oxumalı olduqlarını tövsiyə edəcəyim bir kitabdır.

Əsər İslam inancının doğru aydın olmasında böyük rola malik araşdırma olub böyük əməyin nəticəsidir.

Bu səbəbdən yazıçını təbrik edir, belə bir əsəri elm dünyasına bəxş etdiyinə görə ona təşəkkürümü bildirirəm”.

Prof. Dr. İsrafil BALCI

Ondokuz Mayıs Universiteti İlahiyyat Fakültəsi

İslam Tarixi və İncəsənəti Şöbəsinin rəhbəri

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...