Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

PULSUZ İNTERNET DÖVRÜ başlayır  – internet istifadəçilərinin xəyalı reallaşır

İnsanlar 1Qbit/s sürətlə simsiz internet ala biləcəklər.

Elon Maskın şəxsi aerokosmik şirkəti “SpaceX” Amerikanın Federal Kommisiyasından bütün planeti Vay-Fay sistemi ilə təmin edəcək peyklər qrupunun işə salınması ilə əlaqədar icazə istəyib.

Din.az Axar.az-a xəbər verir ki, “Auternet” internet layihəsi yenidən gündəmə gəlib. Layihə çərçivəsində orbitə buraxılan 4425 peyk bütün Yer kürəsində yaşayan insanların 1Qbit/s sürətlə simsiz internetə girişini təmin edəcək. İlkin mərhələdə orbitə yalnız 800 peykin buraxılması nəzərdə tutulur. Bu isə bütünlükdə ABŞ ərazisini internetlə təmin etməyə kifayət edəcək. Şəbəkəyə heç bir şifrə tələbi olmadan giriş etmək olacaq.

Xatırladaq ki, sözügedən “Auternet” internet sistemi öz fəaliyyətinə hələ 2015-ci ildən başlamalı idi. Bütün planeti daimi və simsiz, etibarlı internet çıxışı ilə təmin etmək ideyası çoxdan olsa da, təklif dünən irəli sürülüb. Yaradılmış “Auternet” simsiz internet layihəsi çərçivəsində şəbəkəyə giriş bütün istifadəçilər üçün tamamilə pulsuz olacaq. Layihənin reallaşdırmasını ilk olaraq “Media Development Investment Fund” qeyri-kommersiya təşkilatı öhtəsinə götürsə də, test peyklərinin buraxılışında yaranan müəyyən problemlərdən dolayı özünü doğrultmadı. Hazırda isə Elon Mask bu layihənin gerçəkləşdirilməsini öz üzərinə götürüb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...