Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Putin: “Biz təcavüz qurbanları kimi CƏNNƏTƏ düşəcəyik”

Putin: “Təcavüzkarlar hətta tövbə etməyə vaxt tapmayacaqlar”.

Moskva yalnız kiminsə analoji şəkildə Rusiyanın ərazisinə zərbə endirəcəyinə əmin olduqda, nüvə silahından istifadə edəcək.

Din.az bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Valday” forumunda çıxışı zamanı deyib.

“Təcavüzkar bilməlidir ki, qisas qaçılmazdır, və o, məhv ediləcək. Biz təcavüz qurbanları kimi cənnətə düşəcəyik. Onlar isə sadəcə məhv olacaqlar, çünki hətta tövbə etməyə vaxt tapmayacaqlar”, – Rusiya lideri deyib.

Putin həmçinin xatırladıb ki, Rusiya hərbi doktrinasının konsepsiyasında “preventiv” nüvə zərbəsi yoxdur, və rəsmi Moskva “bəşəriyyəti fəlakətə aparan nüvə müharibəsi”nin təşəbbüskarı ola bilməz. (oxu.az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...