Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Putin müsəlmanları təbrik etdi

Putin müsəlmanlara sülh, xoşbəxtlik və firavanlıq arzulayıb.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib, onlara sülh, xoşbəxtlik və firavanlıq arzulayıb.

Din.az xəbər verir ki, Rusiya prezidentinin təbrik məktubu Kremlin rəsmi saytında yerləşdirilib.

“Bu bayram insanlar arasında birlik, sevgi, mehribanlıq və mərhəmət dəyərlərinin möhkəmlənməsinə xidmət edir. Sevindirici haldır ki, Rusiya müsəlmanları öz ata-babalarının zəngin mədəni və mənəvi irsini qoruyur, gənc nəslə əcdadlarının tarixinə, adət-ənənələrinə hörmət etməyi öyrədirlər”, – deyə Putinin məktubunda qeyd olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...