Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Putin müsəlmanları təbrik etdi – VİDEO

Prezidentin təbrik məktubu Kremlin rəsmi saytında yerləşdirilib

Rusiya prezidenti Vladimir Putin müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

“Din.az” “azvision.az”a istinadən bildirir ki, prezidentin təbrik məktubu Kremlin rəsmi saytında yerləşdirilib.

“Bu gün biz Rusiyanın müsəlman zümrəsinin ölkəmizdə tamhüquqlu yaşamasının şahidiyik: məscidlər tikilir, Bolqar islam Universitetinin əsası qoyulub, universitet və mədrəsələr yaradılır, islam təhsili və müsəlmanların müqəddəs yerlərə səyahətinin təşkili təkmilləşdirilir. MDB ölkələri müftiləri və xarici dini qurumlarla əməkdaşlıq genişləndirilir”, – deyə təbrik məktubunda bildirilir.

Putin müsəlman icmasının millətlərarası və dinlərarası dialoqa verdiyi töhfəni yüksək qiymətləndirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...