Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Putin Myanmada müsəlmanlara qarşı törədilən zorakılığı pisləyib

Putin və Sisi müsəlmanlara qarşı zorakılıqları pisləyiblər.

Rusiya prezidenti Vladimir Putin və Misirin dövlət başçısı Əbdül-Fəttah Əs-Sisi Myanmadakı zorakılığı pisləyiblər və ölkə hakimiyyətini vəziyyəti nəzarət altına almağa çağırıblar.

Din.az Report.az-a istinadən bildirir ki, bu barədə “Qazeta.ru” xəbər verib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən yayılan xəbərdə bildirilir ki, Çində Rusiya, Çin, Braziliya, Hindistan və CAR-ın iştirakı ilə keçirilən beynəlxalq sammitdə görüşən iki lider Myanmada baş verənlərlə bağlı ümumi mövqelərini ifadə ediblər.

Mətbuat katibi qeyd edib ki, prezident Putin və həmkarı Əs-Sisi zorakılıqlarla bağlı hədsiz narahatlıqlarını ifadə etdilər. Onlar zorakılığın istənilən təzahürünü, o cümlədən müsəlmanlara qarşı zorakılıqları pisləyiblər.

Peskovun sözlərinə görə, hər iki prezident Myanma hakimiyyətini vəziyyəti mümkün qədər tez nəzarət altında almağa çağırıblar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...