Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Putin ona qulaq asmayan bu müsəlman ölkəsinin rəhbərini danladı – Video

Putin: “Yaxşı, respublika rəhbərini pis vəziyyətdə qoymayaq.”

Rusiya prezidenti Vladimir Putin Dövlət Şurası Rəyasət Heyətinin iclasında Tatarıstan rəhbəri Rüstəm Minnixanovu iki dəfə tənbeh edib.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Putin Minnixanovdan bir məsələ barədə məruzə etməsini istəyərkən tatar lider duruxub. Bunu görən prezident deyib:

“Rüstəm yəqin ki nədən danışdığımızı bilir. Elədir, Rüstəm Nurqaliyeviç? Fikrin yayınmasın. Bizi eşitmir… Yaxşı, respublika rəhbərini pis vəziyyətdə qoymayaq. Eşitmədi ki, biz nədən danışırıq”.

Bir qədər sonra Dövlət Şurasının işçi qrupunun rəhbəri kimi Minnixanova söz verilib. Ancaq tatar lider bu dəfə küncdəki mikrofona tərəf gedib. Putin bu dəfə zarafatla iradını bildirib: “Götürdü və harasa getdi. Hara getdin?”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...