Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Putin radikallığın artmasının səbəbini göstərdi

Putin: “Çox təəssüflər olsun ki, dünyada münaqişə potensialı artır”.

“Onlar Suriyada da xaos və zorakılıq meydanı yaratmaq istəyirdilər, lakin bu onlarda alınmadı”

Radikallar və terrorçular dünyada münaqişə potensialın artmasından istifadə edərək öz fəaliyyətlərini yeni regionlara yaymaq istəyirlər. Din.az “Sputnik Azərbaycan”-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsində çıxışı zamanı bunu bildirib.

“Çox təəssüflər olsun ki, dünyada münaqişə potensialı artır, beynəlxalq hüquq sistemi silkələnir, strateji pariteti sındırmaq cəhdləri, təxribat və açıq yalan işə salınır. Bütün bunlardan isə öz cinayətkar əməllərini planetin yeni regionlarına yaymağa cəhd edən radikallar və terrorçular istifadə edir”, — Putin bildirib.

Onun sözlərinə görə, “onlar Suriyada da xaos və zorakılıq meydanı yaratmaq istəyirdilər, lakin bu onlarda alınmadı”: “Cinayətkarların rəhbərlərinin, yaraqlıların baza və infrastrukturlarının məhv edilməsində, bizim aviasiya və donanmamızın dəqiq və dağıdıcı zərbələr endirməsində hərbi kəşfiyyat böyük rol oynayıb”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...