Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Putin Roma Papasına nə hədiyyə etdi?

Putindən Roma Papasına qeyri-adi hədiyyə …

Rusiya prezidenti Vladimir Putin İtaliyada rəsmi səfərdədir.

Din.az xəbər verir ki, Putin səfər çərçivəsində Roma Papası Fransisklə görüşüb.
Vatikanda baş tutan görüşdə tərəflər bir-birilərinə maraqlı hədiyyələr veriblər. Belə ki, Putin Papaya intibah dövrünün dahi rəssamlarından olan Mikelancelonun işlərindən ibarət albom, “Müqədəss Pyotr və Pavel” ikonası və Andrey Konçalovskinin “Günah” filminin diskini hədiyyə edib.

Papa isə Putinə Vatikanın XVIII əsr görüntüsünü özündə əks etdirən qravür və medal verib.  / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...