Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Putin xaç suyuna salınma mərasimində – PREZİDENT BUZLU SUYA BAŞ VURDU – VİDEO

Putin Seliger gölündə xaçaçuran çimməsində iştirak edib.

Rusiya prezidenti Vladimir Putin yanvarın 18-də Sankt-Peteburq və Leninqrad vilayətinə işgüzar proqramın yekununda Tver vilayətinə gedib və orada kişlərin Nilo-Stolobenskaya sovməə monastırını ziyarət edib. Xaç suyuna salma mərasiminə qatılan dövlət başçısı suya baş vurub.

Din.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Putin Xaç suyuna salma bayramı münasibəti ilə liturgiyada olub, həmçinin Seliqer gölündə xaçaçuran çimməsində iştirak edib”, – deyə Peskov bildirib.

Onun sözlərinə görə, mərasim zamanı gölün olduğu ərazidə havanın temperaturu 6-7 dərəcədən aşağı olmayıb. Peskov həmçinin əlavə edib ki, bu prezidentin ilk xaçaçuran çimməsi deyil.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...