Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Putindən böyük jest – FOTO

Share Button

Moskvada tarixi gün…

Rusiyadakı müsəlmanlar bayram namazı üçün Moskvanın Mərkəzi Məscidinə axışıb. Məscidə sığmayan minlərlə insan küçələrdə namaz qılıb.

“Din.az” xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ramazan bayramı münasibəti ilə bir mesaj yayımlayıb. Putin, “Müsəlmanlar Rusiyanın bir hissəsidir. Ölkəmizdə 20 milyon müsəlman bizimlə birlikdə yaşayır. Bizim dinimizə ən yaxın din sadəcə İslamdır” deyib.

Rusiyadakı bütün məscidlər dolub-daşdı…

Bayram namazı üçün Moskva Mərkəzi Məscidini seçən müsəlmanlar küçələrə doluşub. Məscidin ətrafındakı 4 küçənin avtomobil yolu bağlanıb.

Putin, normal şərtlərdə küçələrin ibadət üçün açılmasına müsbət baxmadığı, ancaq Türkiyə ilə münasibətlərin sürətli bir şəkildə düzəlməsi səbəbi ilə belə bir jest etdiyi iddia edilir.

Sosial şəbəkədə çox müsbət qarşılanan bu jest Türkiyə-Rusiya münasibətlərinin daha da sürətlə nizamlanacağı iddia edilir.

jz9ER_1467782951_9183

LqXAG_1467782963_2933

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir