Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Putindən İslam dininə DƏSTƏK

Putin: “İslam və müsəlman cəmiyyəti Rusiya mədəniyyət strukturunun ayrılmaz bir parçasıdır”.

“Rusiya İslam dininə dəstək vermək üçün addımlar atacaq”

Din.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin İslam və müsəlman cəmiyyətinin Rusiya mədəniyyət strukturunun ayrılmaz bir parçası olduğunu və “Hökumətimiz Rusiyada İslam dininə istiqamətli təhsili dəstəkləyən addımlar atacaq” deyib.

Putin Tatarstan Respublikasının paytaxtı Kazanda olan İslam alimləri ilə görüş keçirib.

Rusiyada İslami təhsilinin yenidən canlanancağına toxunan Putin, “İslami təhsil həmişə dərin və gözəl bir tarixə sahib olub. 1917-ci il inqilabından əvvəl, Rusiyanın müsəlman teologları bütün dünyada hörmətli insanlar olaraq tanınmış və fikirləri qiymətli hesab olunmuşdur”.

Sovet İttifaqı dövründə Putin bu zənginliyin itdiyini vurğulayaraq: “Hökumətimiz Rusiyada İslam dininə dəstək vermək üçün addımlar atacaq. Çünki İslam Rusiya mədəniyyətinin əhəmiyyətli bir hissəsidir və müsəlman cəmiyyəti şübhəsiz ki, çoxmillətli Rusiya xalqının mühüm elementidir ” – deyib.

Qeyd edək ki, Rusiyada əhalinin 15 faizini təşkil edən təxminən 20 milyon müsəlman yaşıyır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...