Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Putindən müsəlman-türk liderə atmaca: Səddam da belə düşünürdü – Video

“Nüvə silahına sahib olmaq təhlükəsizliyə zəmanət verilməsi demək deyil.”

“Valday” klubunda Qazaxıstan Prezidenti Qasım Jomart Tokayevin çıxışı zamanı maraqlı anlar yaşanıb.

Din.az Axar.az-a istinadən xəbər verir ki, Tokayev klubda Qazaxıstanın nüvə silahından imtina etməsi haqqında danışıb. O, Qazaxıstanın bu kursa sadiq qaldığını deyib:

“Müasir dünyada nüvə silahına sahib olmaq təhlükəsizlik və xüsusilə iqtisadi çiçəklənməyə zəmanət verilməsi demək deyil. Bəzən nüvə silahının olmaması daha yaxşıdır, amma əvəzində iqtisadiyyatına daha çox investisiya cəlb edə bilirsən, dünya ilə yaxşı münasibətlər qurub, inkişaf etdirə bilirsən”.

Bu zaman Tokayevin çıxışına Rusiya Prezidenti Vladimir Putin, “Səddam Hüseyn də belə düşünürdü” zarafatı ilə reaksiya verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...