Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Putinin Rusiya müsəlmanlarına müraciəti

“Rusiyadakı müsəlman təşkilatları dinlərarası dialoqun inkişafına böyük töhfə verirlər”.

Rusiya Prezidenti Vladimir Putin Rusiya müsəlmanlarının Ramazan bayramını təbrik edib.

Din.az xəbər verir ki, bu barədə məlumat Rusiya Prezidentinin rəsmi saytında yerləşdirilib. O, təbrikində Rusiyadakı müsəlman təşkilatlarının dinlərarası və millətlərarası dialoqun inkişafına, Rusiyada xalqların birliyinə töhfə verdiyini bildirib.

Putin bu təşkilatların ölkədə dini dözümsüzlük və ekstremizmə qarşı qəti mövqe tutduğunu vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...