Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

QAÇQIN MÜSƏLMANLAR XRİSTİANLIĞI QƏBUL ETDİLƏR

“Xristianlığı qəbul edən müsəlman öz vətənində öldürülə bilər”.

Finlandiyaya gələn yüzlərlə müsəlman qaçqın xristianlığı qəbul edib.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Finlandiyanın “Yle” agentliyi yayıb. Agentlik xristianlığı qəbul edənlərin çoxunun sığınacaq verilməsi üçün Helsinkiyə müraciət edən iraqlılar olduğunu bildirib.

Xristianlığı qəbul edən müsəlmanlara nəzarət edən keşiş Ramez Ənsari iraqlıların bununla öz yurdlarına geri dönməkdən xilas olmaq istədiyini söyləyib:

“Xristianlığı qəbul edən müsəlman öz vətənində öldürülə bilər. Ona görə də əgər Miqrasiya Xidməti onların həqiqətən xristianlığı qəbul etdiyinə inansa, həmin şəxs burada sığınacaq almaq imkanına sahib olacaq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...