Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Qadın niqab geyindiyinə görə 1500 manat cərimələndi – FOTO

Üz örtüklərinin qadağan olunması barədə qərar qüvvəyə mindi.

Avqust ayının 1-də Danimarkada üz örtüklərinin qadağan olunması barədə qərar qüvvəyə minib.

Din.az xəbər verir ki, qərarla bağlı olaraq ilk cərimə yazılıb.

Məlumata görə, Horşolm şəhərindəki alış-veriş mərkəzində iki qadın arasında dava düşüb. Onlar 3 min kron (təxminən 1170 manat) cərimələniblər. Lakin, qadınlardan biri niqablı olduğuna görə o, əlavə min kron (təxminən 390 manat) da ödəyib.

Qeyd edək ki, ötən gün yüzlərlə niqablı qadın Kopenhaqen və Orhus şəhərinin mərkəzi küçələrinə yığışaraq etiraz aksiyası keçiriblər. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...