Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Qadın salfetlə məscidi yandırmaq istədi

Qadın kağız salfetlə məscidi yandırmaq istəyib. “Din.az” “islam.ru” saytına istinadən xəbər verir ki, Norveçdə məsciddə yanğının qarşısı alınıb. Məscid nümayəndələri bu həftə baş vermiş hadisə haqda danışıblar. Onlar bildiriblər ki, islamofob qadın Beynəlxalq İslam missiyasının Oslodakı binasını yandırmaq istəyib. Küçədən məscidə daxil olan qadın, sanitar qovşaqdan istifadə etmək istədiyini bildirib. Oraya daxil olan qadın, kağız […]

Qadın kağız salfetlə məscidi yandırmaq istəyib.

“Din.az” “islam.ru” saytına istinadən xəbər verir ki, Norveçdə məsciddə yanğının qarşısı alınıb.

Məscid nümayəndələri bu həftə baş vermiş hadisə haqda danışıblar. Onlar bildiriblər ki, islamofob qadın Beynəlxalq İslam missiyasının Oslodakı binasını yandırmaq istəyib. Küçədən məscidə daxil olan qadın, sanitar qovşaqdan istifadə etmək istədiyini bildirib. Oraya daxil olan qadın, kağız dəsmalı yandıraraq məscid binasını yandırmaq istəyib. Hadisə baş verən zaman ibadət evində olan 15 müsəlman yanğını söndürə biliblər.

Hazırda məscid əvvəlki kimi fəaliyyətini davam etdirir və qapısı hər kəsin üzünə açıqdır. Lakin təhüləkizlik tədbirləri artırılır.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...