Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

QADININ BİKİNİDƏ NAMAZ QILMASINA İLAHİYYATÇIDAN MÜNASİBƏT

“Bu sadəcə həmin qadının şou göstərməsindən ibarət idi”.

Sosial şəbəkədə qadının bikinidə namaz qılması geniş müzakirə mövzusuna çevrilib.

Dini baxımdan bu şəkildə namaz qılınması doğrudurmu?

Din.az bildirir ki, bu sualı A24.Az-a şərh edən tanınmış ilahiyyatçı Elşad Miri həmin qadının məhz şou göstərməkdən ötrü bu halda namaz qıldığını qeyd edib:

“Dini baxımdan bunun heç bir əsası yoxdur. Çünki adam özü istədiyi kimi durub namaz qılır. Bu sadəcə həmin qadının şou göstərməsindən ibarət idi. Həmin videoya baxanda da hiss olunur ki, qadın hoteldədir. Yəni paltarsız deyil, ən azı gedib otağına geyinib namazını qıla bilər. O halda heç hotelin qeydiyyat şöbəsinə gedə bilmir ki, ayıbdır. Bəs necə Allahın hüzuruna çıxa bilər?” – deyə E.Miri əlavə edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...