Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Qadınlar məscidə gedə bilməz deyə bir ayə var?” – Ərdoğandan sərt açıqlama

“Bu qadağanı qoyanlar bunu niyə etdiklərinin belə fərqində deyillər”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Məscidlər və Din xadimləri həftəsi” çərçivəsində keçirilən tədbirdə din adamlarına müraciət edib.

Din.az xəbər verir ki, Anadolunun bəzi bölgələrində qadınların məscidlərə girişinə icazə verilmədiyinə münasibət bildirən Ərdoğan deyib: “Qadınlar məscidlərə girə bilməz deyə bir ayə, hədis var? Mən bu haqda nə oxumuşam, nə də eşitmişəm. Kim, hansı məntiqlə edir bunu? Bu səhv fikirləri aradan qaldırmaq lazımdır. Bu qadağanı qoyanlar bunu niyə etdiklərinin belə fərqində deyillər”.
Ərdoğan deyib ki, qadınların və uşaqların ayaqlarını məscidə getməyə öyrəşdirmək lazımdır, çünki məscid müsəlmanların cəm olduğu yerdir. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...