Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Qadınlar yalnız bu halda stadiona buraxılacaq – İki şərt

“Azarkeşlər tərəfindən qeyri-etik şüarlar səsləndirilməməlidir”.

İran məhkəmə sisteminin sədr müavini Hacı Sadiqi qadınların stadionda futbol izləyə bilmələri üçün iki şərt irəli sürüb.

Din.az xəbər verir ki, o, qadınların “qaydaları pozmadığı”, kişi idmançıların isə “naməhrəm hissələrinin örtülü olduğu” təqdirdə qadınlara stadionlarda idman yarışlarını izləməyə icazə verilə biləcəyini deyib:

“Bundan başqa, dövlət və stadion nümayəndələri qadınlar stadionlarda olan zaman kişi azarkeşlər tərəfindən qeyri-etik şüarların səsləndirilməməsinə nəzarət etməlidirlər. İslam dininə görə, naməhrəmin bədənini görmək haram olduğundan, dövlətin bu xüsusda da tədbirlər planı var”.

Qeyd edək ki, iranlı axundlar kişi idmançıların iştirak etdiyi yarışlara qadınların baxmasını qadağan ediblər. Buna görə də İranın nüfuzlu qadınları Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FİFA) müraciət edərək, tədbir görülməsini istəyiblər. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...