Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Qadınlara qarşı ədəbsizlik edənlər cərimələnəcək

“Əvvəllər küçədə təngə gətirmək cəzasız qalırdı, bu andan hər şey dəyişəcək”.

Fransa parlamenti qadınların ünvanına ədəbsizliyə görə cərimənin tətbiqi haqqında qanunu təsdiqləyib.

Din.az xəbər verir ki, bu barədə “Europe1” radiostansiyasının efirində ölkənin qadınlar və kişilər arasında bərabərlik məsələləri üzrə dövlət katibi Marlen Şyappa bildirib.

Onun sözlərinə görə, yeni qanuna müvafiq olaraq, küçədə qadınları təngə gətirməyə görə, 90 avrodan 750 avroya qədər cərimə təyin olunacaq. “Əvvəllər küçədə təngə gətirmək cəzasız qalırdı, bu andan hər şey dəyişəcək”, – deyə Şyappa bildirib.

Dövlət katibi qeyd edib ki, yeni tədbirlər ötən həftə Parisdə baş vermiş insidentə cavab olaraq həyata keçirilir. Belə ki, paytaxtda gənc qız onun arxasınca fit çalan şəxsdən susmasını istəyib. O isə qızı vurub. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...