"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Qadınların ağlının zəif olduğuna inanan müsəlmanlar…

Share Button

Professor Abdulaziz BAYINDIR Əbu Said əl-Xudri Muhəmməd peyğəmbərin qurban və ya Ramazan bayramında namazgaha çıxıb qadınlar tərəfinə keçərək onlara belə səsləndiyini rəvayət etmişdir: – Ey qadınlar topluluğu! Sədəqə verin! Çünki mənə Cəhənnəm əhlinin əksəriyyətini sizin formalaşdırdığınız göstərildi. – Nə üçün, ey Rəsullulah? -dedilər. – Siz çox lənət oxuyursunuz və həyatı bölüşdüyünüz insana qarşı nankorluq edirsiniz. […]

Professor Abdulaziz BAYINDIR

Əbu Said əl-Xudri Muhəmməd peyğəmbərin qurban və ya Ramazan bayramında namazgaha çıxıb qadınlar tərəfinə keçərək onlara belə səsləndiyini rəvayət etmişdir:

– Ey qadınlar topluluğu! Sədəqə verin! Çünki mənə Cəhənnəm əhlinin əksəriyyətini sizin formalaşdırdığınız göstərildi.

– Nə üçün, ey Rəsullulah? -dedilər.

– Siz çox lənət oxuyursunuz və həyatı bölüşdüyünüz insana qarşı nankorluq edirsiniz. Ağlı və dini az olanlar arasında özünə hakim olan bir kişinin qəlbini sizin kimi ələ keçirəni görmədim, -dedi.

– Dinimizin və ağlımızın az olmasının səbəbi nədir, ey Rəsulullah? -soruşduqları zaman belə buyurdu:

– Məgər qadının şahidliyi kişinin şahidliyinin yarısı qədər deyil?

– Bəli, -dedilər.

– Bax bu, ağlın azlığıdır, -dedi.

– Adət dövründə namaz qılmır, oruc tutmur. Elə deyil?

– Bəli, dedilər.

– Bax, bu da dinlərindəki qüsurlarıdır”, -dedi.

Hədis sənəd baxımından səhihdir. Lakin məna baxımından uyğunsuzluqlar var:

  1. Heç kimə “…ağlı az, dinində qüsur olanlar…” şəklində müraciət edilmir. Bu müraciət forması həm sonuncu Peyğəmbərimizin gözəl davranışlarına, nəzakətinə, həm də bu ayəyə ziddir:

Onlarla mülayim rəftar etməyin Allahın sənə olan mərhəməti sayəsindədir. Əgər kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların qüsurlarından keç, onların bağışlanmalarını dilə. Görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha söykən! Allah təvəkkül edənləri sevir” (“Ali-İmran” surəsi, 3/159).

  1. “Ağlı az, dinində qüsur olanlar arasında…” sözləri insan kimi məsuliyyət daşıyıb bu xüsusiyyətdə başqa dişi varlıqlar da olmasını zəruri edir. Halbuki belə bir varlıq və ya varlıqlar yoxdur.
  1. Qadının şahidliyinin kişinin şahidliyinin yarısı qədər olduğuna dəlil götürülən ayə budur:

Kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi yoxdursa, qəbul edəcəyiniz  şahidlərdən bir kişi ilə iki qadın da ola ilər; biri səhv etsə, digəri xatırladar…” (“Bəqərə” surəsi, 2/282).

Ayənin əlaqələrini görməyənlər şahidlik mövzusunda qadın və kişi fərqi qoyulduğunu güman etmişlər. Ayənin ardında belə bir ifadə vardır:

“…Bu, şahidlik üçün daha düzgündür…” “Daha düzgün” ifadəsi “düzgün, doğru” sözünün sonrakı səviyyəsidir. Doğru olan iki şeyi müqayisə etdikdə, birinə daha doğru deyilir. “Bir kişi və iki qadının şahidliyi” doğrudursa, bu şərtə tabe olmadan edilən şahidlik daha doğru olmalıdır. Vəsiyyətə şahidliklə bağlı ayələr mövzuya aydınlıq gətirir. Uca Allah belə buyurur:

Möminlər! Sizlərdən bir kimsə ölüm döşəyində vəsiyyət edəcəyi vaxt içinizdən etibarlı iki şahid tutsun. Əgər bir yerdə səfərdə ikən ölüm gəlib çatarsa, özünüzdən olmayan iki nəfər də ola bilər. Əgər onlardan şübhə etsəniz, namazdan sonra saxlayın. Belə and içərlər: “Vallah, lap ən yaxınımız olsun, bunun əvəzində heç bir şey götürmərik. Allah üçün edilən şahidliyini gizlətmərik. Elə olsa, əlbəttə, günahkarlardan olarıq”. Əgər günah iş tutduqları aşkar edilsə, ölənin haqq sahibi iki yaxını onların yerinə keçər, belə and içərlər: “Allaha and olsun, bizim şahidliyimiz onların şahidliyindən daha doğrudur, biz haqsızlıq etmərik. Əks halda, biz, zalımlardan olarıq”” (“Maidə” surəsi, 5/106–107).

Bu ayələrdə qadın və kişi fərqi qoyulmadan iki etibarlı müsəlman şahid tövsiyə edilir. Səfər zamanı vəsiyyət ediləcəksə, müsəlman olmayan iki insanın şahidliyi də kifayət hesab edilmişdir. Vəziyyətə görə bütün şahidlər qadın, kişi və ya biri qadın, biri kişi ola bilər.

Burada dəlil götürüləcək cümlə budur: Bu, şahid gətirməyin kifayət edən səviyyəsidir…(“Maidə” surəsi, 5/108). Bu cümləni “Bəqərə” surəsinin 282-ci ayəsindəki “…beləsi, şahidlik üçün daha düzgündür…” cümləsi ilə müqayisə etdikdə, şahidlərin iki kişi və ya bir kişi, həmçinin, iki qadın olmasının, borcların yazılmasında da qaydanın olmadığı, seçim səbəbi olduğu üzə çıxır.

Nəbimiz (s) yerinə görə bir qadının şahidliyini də kifayət hesab etmişdir: “Ukbə b. əl-Harisə Əbu İhab qızı Ummu Yəhya ilə evlənmişdi. Ukbə dedi: Zənci bir cariyə gəlib “Mən sizin ikinizə də süd vermişəm” dedi. Bunu Peyğəmbərə (s) danışdım. Məndən üz döndərdi. Qarşısına keçib yenidən danışdım. O, belə dedi: “Necə olacaq? Cariyə hər ikinizə süd verdiyini deyir”. Sonra qadınla evlənməsini qadağan etdi” (Buxari, Şahadat, 13).

Bütün bunlar göstərir ki, “qadının şahidliyi, kişinin şahidliyinin yarısı qədərdir” deyərək onun ağlının az olmasına hökm verilə bilməz. Əgər bu doğru olsa, qadınların məsuliyyəti də kişinin məsuliyyətinin yarısı qədər olmalıdır. Uca Allah qadın və kişi müqayisəsi apardığı ayədə belə buyurub:

“… məlum ölçülər daxilində o qadınların kişilər üzərində haqqı, onların da bunlara qarşı olan haqqına bərabərdir…” (“Bəqərə” surəsi, 2/228).

  1. Qadın menstruasiya dövründə namaz qılmayıb oruc tutmadığına görə dinində qüsurun olduğuna hökm vermək olmaz. Çünki o, bunları Allahın əmri olduğuna inandığı üçün etmir. Dininin əmrinə tabe olan insanın dinində necə qüsur ola bilər?

Bundan başqa, menstruasiya dövründə oruc tutmayan qadın həmin orucu daha sonra tutacaqsa, qüsurunu da tamamlayır. Çünki oruc tutmayan xəstə və ya səfərdə olanlar da sonra oruc tutub sayı tamamlayırlar.  Belədə, menstruasiya dövründə olan qadının oruc tutmaması dinində qüsur sayılmır. Əks təqdirdə, oruc tutmayan xəstə və səfərdə olanların da dinlərində qüsur olardı. Bunu isə iddia edən olmamışdır.

Bununla yanaşı, həmin insanlar oruc tutduqları halda, yuxarıdakı fikri iddia edənlər menstruasiya dövründə olan qadına oruc tutmağı qadağan edirlər.

Bu hədis Quranın qoyduğu qaydalara zidd olduğuna görə buna əsaslanaraq menstruasiya dövründə olan qadının orucu ilə bağlı hökm verilə bilməz.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir