Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Qadınların döyülməsi Quranda yoxdur, uydurmadır” – VİDEO

Elşad Miri: “Ümumiyyətlə, Quranda qadınların öldürülməsi ilə bağlı elə cümlə də yoxdur”.

APA TV-nin “İlham Tumasla 40 dəqiqə” verilişində qonaq olan ilahiyyatçı Elşad Miri Quranda qadınların döyülməsi ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib.

Din.az “A24.az”-a istinadən bildirir ki, verilişdə “Təmiz Dünya” Qadınlara Yardım İB-nin sədri Mehriban Zeynalova ilahiyyatçıya “niyə bütün dövrlərdə və problemlərdə qadınlar müzakirə obyekti olur? Kişilərdən və ya başqa problemlərdən danışılmır?” sualını verib. Elşad Miri isə bunu “dırnaqarası kişi həmrəyliyi” adlandırıb. Aparıcı İlham Tumas isə mövzuya müdaxilə edərək Quranda qadınların döyülməsi ilə bağlı Nisa surəsinin 24-cü ayəsini xatırladıq və ilahiyyatçıdan açıqlamasını istəyib.

İlahiyyatçı “Nisa surəsinin 24-cü ayəsi qadınların döyülməsi ilə bağlı olan bir məsələdir. İlham bəy, o da uydurmadır. Tərcümə səhvdir. Ümumiyyətlə, Quranda qadınların öldürülməsi ilə bağlı elə cümlə də yoxdur. Təəssüflər olsun ki, bütün o mənbələrin hamısı, günümüzə gəlib çıxan yazıları yazanlar kişilərdir. Baxın, qadının şahidliyi məsələsində qadınlar alçaldılır, qadının üzərində hakimiyyət qurmaq məsələsində qadın ikinci dərəcəyə salınır. Hətta peyğəmbərə istinad edilərək deyilir ki, guya peyğəmbərimiz “Allahdan başqasına sitayiş etmək olsaydı qadınlara ərlərinə sitayiş etmələrini deyərdim” bildirib. Belə bir anlayış yoxdur. Bunların hamısı peyğəmbərin öz elədiklərinə ziddir. Çünki peyğəmbər elə bir şey etmıəyib.

8 il bundan əvvəl yazmışam ki, qadının döyülməsi ilə bağlı olan rəvayət səhvdir. Çünki ərəb dilində “darabə” sözü keçir, orda “vadribuhunnə” deyir. Bunu da bəziləri götürüb mötərizədə “yavaşca döyün” yazır. Ərəb dilində “darabə” felinin 30-dan çox mənası var”.

Qadınların döyülməsi ilə bağlı izahatı videoda sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...