Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Qadınların kişilərlə bir yerdə işləməsi…” – Din adamından şok sözlər

“Qadınların işləməsi çox böyük fitnə-fəsaddır”.

Cübbəli Əhməd xoca adıyla tanınan türk ilahiyyatçısı Əhməd Mahmud Ünlü qadınlarla bağlı etiraz yaradacaq fikirlər səsləndirib.

Din.az xəbər verir ki, o, çıxışında iqtisadiyyatdakı durğunluğu qadınların işləməsi ilə əlaqələndirib.

Zərif cinsin nümayəndələrinə qarşı kəskin fikirləri ilə tez-tez gündəmə gələn Cübbeli Əhməd çıxışında deyib:

“Qadınların işləməsi çox böyük fitnə-fəsaddır. Bu, müzakirə olunmamalıdır, qadınların işlədiyi yerə erkək milçək də girməməlidir. Qadınların kişi olan yerlərdə işləməsi kimi bir fitnə varkən, bu ölkənin problemləri həll oluna bilər?

Bütün problemlər buradan qaynaqlanır. İşsizlik, kişilərin maaşlarının az olması və iqtisadiyyatdakı böhran bununla əlaqədardır”. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...