Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Qafqaz Müsəlmanları İdarəsi yeni “Vahid xütbələr” kitabı hazırlayır

“Azərbaycanda yeni “Vahid xütbələr” kitabı hazırlanır”.

“Azərbaycanda yeni “Vahid xütbələr” kitabı hazırlanır”.
Bu barədə “Din.az” “Report.az”a istinadən, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xütbə və moizələr şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin baş müəllimi Aqil Şirinovun bildirdiyini qeyd edir.


Onun sözlərinə görə, kitab QMİ sədri, şeyxülislam Allahşükür Paşazədinin tapşırığı ilə hazırlanır: “Kitab üzərində işin bitməsinə az qalıb. Biz vahid xütbə kitabında həm aktual, həm də dində təfriqəçiliyə yol verməyən mövzuların yer almasına çalışmışıq. Nəşrdə Azərbaycanda mövcud olan islam məzhəbləri arasında heç bir ayrı-seçkiliyə yol vermədən, onların hamısını əhatə edən mövzular yer alacaq. Kitabda “Quran” və hədislərdən, eyni zamanda təfsir kitablarından istifadə olunub. Kitabda hər həftə üçün bir xütbə verilib. Hər xütbə isə bir neçə səhifədən ibarətdir”.
A.Şirinov deyib ki, bundan əvvəl mövcud olan vahid xütbə kitabında yalnız mövzu ilə əlaqədar ayə və hədislər verilib: “Yeni kitab isə tam xütbə formasına salınıb”.
Qeyd edək ki, kitab nəşr olunduqdan sonra məscidlərə paylanılacaq, axund və imamlar üçün vəsait rolunu oynayacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...