Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Qafqaz Universitetinin dekanı axtarışa verildi

Share Button

FETÖ-nün daha bir ilahiyyatçı alimi axtarışdadır…

Dövlət çverilişinə cəhd zamanı Akıncı Hərbi Hava bazasında tutularaq ədliyyəyə sövq edildkdən sonra sərbəst buraxılan “Hava Qüvvələri İmamı” Adil Öksüzün müəllimi olduğu bildirilən, FETÖ-ya məxsus televiziyalarda dini söhbətlər aparan, Sakarya Universiteti İlahiyyat Fakultəsinin müəllimi Prof.Dr.Davud Aydüz də çevrilişə cəhddən sonra tapılmır. Polis hər yerdə Davud Aydüzü axtarır.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra Sakarya Universiteti İlahiyyat Fakultəsində işləyən Dost.Dr.Adil Öksüz Akıncı Hərbi Hava Bazasında yaxalandı. Ədliyyəyə sövq edildikdən sonra sərbəst buraxılan Adil Öksüz gözdən itib.

FETÖ/PYD sorğu-sualı çərçivəsində Sakarya Universitetindən 8-i İlahiyyat Fakultəsindən olmaqla 10 akademik və 1 məmuru saxlayıb. Bunlardan 9 nəfəri ədliyyəyə sövq edilərkən, bəziləri sərbəst buraxılıb. Lakin aralarında bu 2 nəfər hələ də axtarılır.

feto-nun-ekran-yuzu-profesor-ayduz-araniyor-7441800

Belə ki, istintaq zamanı axtarılan şəxslərdən biri FETÖ-nün televiziya kanallarında dini söhbətlər edən, Sakarya Universiteti İlahiyyat Fakultəsi Təfsir bölümünün müəllimi Prof.Dr.Davud Aydüz həm də Qafqaz Universitetinin İlahiyyat Fakültəsinin 3 il dekan vəzifəsini icra edib və Fəthullah Gülənin özəl tələbələrindən biri olub. Adıçəkilən bu şəxs polislərin apardığı bütün axtarışlara baxmayaraq hələ də tapılmayıb. Başqa bir şəxsiyyət vəsiqəsi ilə xaricə qaçma ehtimalı olan Prof.Dr. Aydüzün gedə biləcəyi bütün ünvanlar, yerlər də araşdırılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir